UEFA-nın reytinqi: Qazaxıstan Azərbaycandan bir qədər də uzaqlaşdı FOTO

Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunlarından sonra UEFA-nın reytinq cədvəli bəlli olub.

Newsport.az-ın məlumatına görə, Bakıda Moldovanın "Sperantsa" klubuna 6:0 hesabı ilə qalib gələn "Neftçi" Azərbaycanın UEFA əmsalına 0,250 xal əlavə edib.

Rumıniyada "Universitatya Krayova" klubuna 2:3 hesabı ilə uduzan "Səbail" reytinqə xal yazdırmayıb.

Bununla da bu mövsüm Azərbaycanın reytinq xalı 0,875-ə çatıb, Bunun 0,500-nü "Neftçi", 0,375-ni "Qarabağ" əldə edib.

Son 5 mövsüm üçün ümumi xal 16,250-yə çatıb. Bu göstərici ilə Azərbaycan Avropada 26-cıdır və 25-ci yerdəki Qazaxıstandan 1,125 xal geri qalır. Ən yaxın izləyici Polşanın isə 15,250 xalı var.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right