Marko Roysdan transfer etirafı: "Hamısına rədd cavabı verdim, peşman da deyiləm"

Almaniyanın "Borussiya" klubunun hücumçusu Marko Roys daha əvvəl aldığı transfer təklifləriylə bağlı danışıb.

Newsport.az-ın məlumatına görə, almaniyalı futbolçu 2015-ci ildə ciddi təkliflər aldığını, ancaq Dortmund klubunda qaldığını bildirib:

"2015-ci ildə "Barselona", PSJ, "Arsenal", "Milan", "Mançester Siti" və "Mançester Yunayted" klubları uzun müddət məni transfer etmək üçün çalışdılar. Əlbəttə, bu təklifləri düşünürdük, yalan deməyəcəm. Lakin yekunda "Borussiya"da qalmağı seçdim. Qərarımdan heç də peşman deyiləm. Mən bura aidəm. "Borussiya" mənim klubumdur. Klubumla Bundesliqanın qalibi olmaq və Çempionlar Liqasının finalında oynamaq istəyirəm".

30 yaşlı futbolçu "Borussiya"nın yetirməsidir. Almaniya millisinin üzvü 2012-ci ildə Münhenqladbax "Borussiya"sından 17,1 milyon avroya transfer edilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right