"Liverpul"dan ayrılan futbolçuya sərt cəza: 6 həftəlik futboldan kənarlaşdırıldı

İngiltərə Futbol Federasiyası "Liverpul"dan ayrılan Deniel Starrici cəzalandırıb.

Newsport.az-ın məlumatına görə, 29 yaşlı hücumçu 2018-ci ilin yanvarında qardaşı Leonu mümkün transferi haqda məlumatlandırıb və "Sevilya"ya keçəcəyi ilə bağlı mərc şirkətində pul qoyuluşu etməyi tapşırıb.

Bu səbəbdən də İngiltərə millisinin üzvü 75 min funt-sterlinq cərimə edilib və 4-ü şərti olmaqla 6 həftəlik futboldan uzaqlaşdırılıb.

Deniel Starric bu yay "Liverpul"dan ayrılıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right