"Napoli"dən 60 milyonluq təklif

"Lill"in hücumçusu Nikola Pepe İtaliyaya köçə bilər. Newsport.az saytının xarici mətbuata istinadən məlumatına görə, 24 yaşlı forvard "Napoli"nin maraq dairəsinə düşüb.

Neapol təmsilçisi vaxt itirmədən fransızlarla danışıqlara başlayıb. A seriyası təmsilçisi Fil Dişi Sahili millisinin üzvü üçün 60 milyon avroluq təklif göndərib. "Napoli" Pepe uğrunda PSJ, "Arsenal" və "Lion"la mübarizə aparır.

Qeyd edək ki, Nikola Pepe ötən mövsüm 22 qolla yadda qalmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right