De Liqt sabah "Yuventus"da tibbi müayinədən keçəcək

"Ayaks"ın kapitanı Mattiys De Liqtin "Yuventus"a transferi reallaşmaq üzrədi.

Newsport.az-ın məlumatına görə, gənc müdafiəçi bu gün Turinə yollanacaq.

Hollandiya millisinin üzvü sabah tibbi müayinədən keçdikdən sonra yeni komandası ilə münasibətləri rəsmiləşdirəcək.

Klublar arasındakı razılığa əsasən, bu transfer Amesterdam klubuna 70 milyon avro qazandıracaq.

Hollandlar oyunçunun performansına görə, əlavə bonus da ala bilər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right