Kamerun millisinin baş məşqçisi Klarens Zeedorf istefaya göndərilib.
Newsport.az-ın məlumatına görə, bu barədə idman naziri Narçiss Myuel Neyşn məlumat verib.
Mütəxəssisin qovulmasına yığmanın Afrika Millətlər Liqasının 1/8 final mərhələsində mübarizəni dayandırması səbəb olub.
Hollandiyalı məşqçi ötən ildən Kamerun millisini çalışdırırdı.