Yığmanın baş məşqçisinin anası ikinci dəfə qaçırıldı

Nigeriya millisinin sabiq baş məşqçisi Samson Siasia yenə xoşagəlməz hadisə ilə üzləşib.

Newsport.az-ın məlumatına görə52 yaşlı mütəxəssisin anası növbəti dəfə qaçırılıb.

Keçmiş futbolçunun 76 yaşlı anası ölkənin cənubundakı Bayels əlalətində yerləşən evindən qaçırılıb. Hadisə dünən gecə saatlarında baş verib.

Belə ki, silahlı quldurlar evə daxil olaraq qadını özləri ilə aparıblar. Quldurlar hələ ki, ailə ilə əlaqə saxlamayıb.

Ana Siasia 2015-ci ilin noyabr ayında da bənzər hadisə ilə üzləşmişdi. Həmin vaxt 3 nəfər onu motosikletlə qaçırmışdı.

Qadının ailəsi daha sonra tələb olunan pulu ödəmiş və ana Siasia 13 gündən sonra evə dönmüşdü.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right