"İnter"dən Lukakuya yeni təklif

"İnter" "Mançester Yunayted"in hücumçusu Romelu Lukakunun transferində israrlıdı.

Newsport.az-ın məlumatına görə, "qırmızı şeytanlar"ın bir neçə dəfə "yox" cavabına baxmayaraq, "neradzurra" ondan əl çəkmir.

Bu üzdən italyanlar Belçika millisinin üzvü üçün növbəti təklifini göndərib. Milan təmsilçisi qarşı tərəfə 60 milyon funt-sterlinq və bonuslar təklif edib.

Ancaq Premyer Liqa klubu hücumçusunun satışından minimum 79 milyon funt-sterlinq qazanmaq niyyətindədi.

"Mançester Yunayted" rəhbərliyi yeni hücumçu almaq üçün Lukakunu indidən satmağı planlaşdırır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right