"Tottenhem" Beyli geri qaytarır

"Tottenhem" "Real"dan Qaret Beyli transfer etmək üçün hərəkətə keçib.

Newsport.az-ın məlumatına görə, London təmsilçisi bu keçid üçün 60 milyon avro təklif edib. Xəbərdə "kral klubu"nun təklifi qəbul etmək fikrində olduğu qeyd edilib.

Komandanın baş məşqçisi Zinəddin Zidanın uelsli futbolçuyla görüşdüyü və planlarında yer almadığını qeyd etdiyi bildirilir.

"Real"la müqaviləsi 2022-ci ildə müqaviləsi başa çatacaq 30 yaşlı futbolçu illik 17 milyon avro maaş alır. Beyl "Tottenhem"də daha az məvacibə oynamaq üçün endirimə getməlidir.

Beyl 2013-cü ildə "Tottenhem"dən "Real"a 101 milyon avroya keçib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right