Azarın "Real"da forma nömrəsi

"Çelsi"dən “Real”a 100 milyon avroya transfer olan Eden Azarın forma nömrəsi bəlli olub.

Newsport.az-ın məlumatına görəbelçikalı yarımmüdafiəçi Madrid klubunda 23 nömrəli forma ilə çıxış edəcək.

10 nömrəli futbolkanı Luka Modriç Azara vermək istəməyib. Belçika millisinin üzvü "7 nömrə"ni Mariano Diasdan istəsə də, müsbət cavab almayıb. Buna görə də Azar 23 nömrəli formanı seçib.

O, basketbol azarkeşi olduğu üçün belə addım atıb. Əfsanəvi basketbolçular Maykl Cordon və Lebron Ceyms 23 nömrəli formanı geyiniblər.

“Real” 28 yaşlı futbolçuyla 2024-cü ilin yayına kimi müqavilə bağlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right