"Fənərbaxça"dan La Liqa klubuna

Bu yay "Fənərbaxça"dan ayrılan Roberto Soldadonun yeni komandası müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, ispaniyalı hücumçu karyerasını vətənində davam etdirəcək. 34 yaşlı forvard La Liqa təmsilçisi "Qranada" ilə anlaşıb. Məlumatı klubun rəsmi saytı yayıb. Təcrübəli oyunçu ilə 1+1 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, "Fənərbaxça"da keçirdiyi iki mövsüm (2017-2018, 2018-2019) ərzində 59 oyunda meydana çıxan Soldado 19 qol vurub, 9 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right