Emil Balayev: "Liderliyə yüksəldiyimiz üçün şadam"

“Tobol”un futbolçusu Emil Balayev Qazaxıstan çempionatının XVIII turunda “Ordabası” ilə qarşılaşdıqları oyundan sonra açıqlama verib.

Newsport.az-ın məlumatına görə, klubun rəsmi saytına danışan Azərbaycan millisinin qapıçısı 0:0 hesabıyla bitən matç haqda bunları deyib:

“Bir neçə gün əvvəl Lüksemburqun “Jeness Eş” klubu ilə çətin oyun keçirdik. Bunu unudub, qısa zamanda “Ordabası” ilə matçın hazırlığına başladıq. Bizə çətin olacağını bilirdik. “Ordabası”nın intizamlı komanda olduğunu və maksimum nəticə əldə etmək üçün sona qədər mübarizə aparmalı olduğumuzu başa düşürdük. Hər iki komandanın da şansları oldu. Nəticənin ədalətli olduğunu düşünürəm. Liderliyə yüksəldiyimiz üçün şadam. İndi turnir cədvəlindəki bu mövqeyimizi qorumaq üçün çox çalışmalıyıq”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right