"Liverpul"un Koutinyo planı

"Liverpul" ötən il "Barselona"ya 145 milyon avroya satdığı Filipe Koutinyonu geri qaytarmaq istəyir.

Newsport.az-ın məlumatına görə, kataloniyalılardan ayrılmaq istəyən braziliyalı futbolçu "Liverpul"a qayıtmağa müsbət yanaşır. 27 yaşlı yarımmüdafiəçinin keçidi üçün "qırmızılar" iki illik icarə təklifi göndərib. Keçid reallaşsa, mersisaydlılar Koutinyonu 100 milyon avroya transfer etmək hüququna da malik ola biləcək.

Braziliya millisinin üzvü ötən mövsüm 54 oyuna 11 qol vurub, 5 assist edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right