"Krasnodar" İsveç millisinin üzvünü transfer etdi

Rusiyanın "Krasnodar" klubu yeni transferini açıqlayıb.

Newsport.az-ın məlumatına görə, Premyer Liqa təmsilçisi İsveç millisinin hücumçusu Markus Berqlə müqavilə bağlayıb. Azad agent statusu daşıyan 32 yaşlı futbolçuyla bir illik müqavilə imzalanıb.

İsveçin "Qöteborq" komandasının yetirməsi olan Berq "Qroningen", "Hamburq", PSV, "Panatinaikos" kimi klublarda çıxış edib. Təcrübəli futbolçu sonuncu dəfə BƏƏ-nin "Əl-Əin" klubunda forma geyinib.

Berq İsveç yığmasında 71 oyuna 19 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right