"Ayaks"ın futbolçusu Matteys de Liqt klubun Avstriyadakı təlim-məşq toplanışına qatılmayıb.
Newsport.az-ın məlumatına görə, Hollandiya təmsilçisi adı "Yuventus"la hallanan 19 yaşlı müdafiəçini Avstriyaya aparmayıb. Klubun oyunçunun Turin təmsilçisinə transferinin yekunlaması üçün bu addımı atdığı bildirilib.
Qeyd edək ki, de Liqt ötən mövsüm 55 matçda 7 qol vurub, 4 qolun ötürməsini verib.