"Başakşəhər"dən ayrılan futbolçu Rusiya klubunda

Türkiyənin "Başakşəhər" klubundan ayrılan rusiyalı sol cinah müsafiəçisi Fyodor Kudryaşovun yeni komandası bəlli olub. 

Newsport.az-ın məlumatına görə, Rusiya millisinin üzvü karyerasını ölkəsində davam etdirəcək. 32 yaşlı futbolçu Premyer Liqa təmsilçisi "Soçi"yə transfer olub. Klub saytı müqavilənin detallarını açıqlamayıb.

Qeyd edək ki, Kudryaşov "Spartak", "Tom", "Krasnodar", "Terek", "Rostov", "Rubin" kimi klublarda çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right