"Atletiko" "Benfika"nın daha bir futbolçusunu transfer etdi

İspaniyanın “Atletiko” klubu yeni transferini açıqlayıb.

Newsport.az-ın məlumatına görə, Madrid təmsilçisi “Benfika”nın hücumçusu İvan Şaponyiçi transfer edib. Bu keçid üçün madridlilər 7 milyon fun-sterlinq təzminat ödəyib. 21 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Şaponyiç 2016-cı ildə "Partizan"dan "Benfika"ya keçmişdi.

"Atletiko" daha öncə "Benfika"dan Joau Felişi 126 milyon avroya transfer etmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right