Qonsalo İquain Premyer Liqa klubunun hədəfində

Marko Arnautoviçi Çinə yollayana İngiltərənin "Vest Hem" klubu hücumçu axtarışlarını davam etdirir.

Newsport.az-ın məlumatına görə, London təmsilçisi İtaliyanın "Yuventus" klubunun hücumçusu Qonsalo İquaini transfer hədəfinə alıb. Xəbərdə "çəkicdöyənlər"in argentinalı forvard üçün 40 milyon avroluq təklif göndərməyə hazırlaşdığı qeyd edilib.

"Vest Hem" "Selta"nın hücumçusu Maksi Qomesin transferini həll edə bilmədiyi üçün İquaini rənglərini bağlamaq fikrindədir.

31 yaşlı futbolçu ötən mövsümün ikinci yarısını icarə əsasında "Çelsi"də keçirib və 14 oyuna 5 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right