"Atletiko"nun Kostanın transferi üçün tələb etdiyi məbləğ

İspaniyanın "Atletiko" klubu hücumçusu Dieqo Kostanı ucuz qiymətə satmaq istəmir.

Newsport.az-ın məlumatına görə, Madrid təmsilçisi İngiltərənin "Vulverhempton" klubunun maraq dairəsində olan ispaniyalı futbolçu üçün 70 milyon avro tələb edir. Premyer Liqa klubunun 30 yaşlı forvard üçün bu məbləği ödəmək fikrində olmadığı bildirilir.

Kostanın "Atletiko" ilə müqaviləsi 2021-ci ildə başa çatacaq. Dieqo ötən mövsüm 21 oyuna 5 qol vurub, 3 assist edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right