Türkiyə klubundan biabırçı səhv: müqavilə imzalanan futbolçu yanlış çıxdı

Türkiyə I Liqa təmsilçisi "Menemenspor" transferdə böyük səhvə yol verib.

Newsport.az-ın məlumatına görə, klub rəhbərliyi agentlərin təklif etdiyi və videolarına baxdığı İtaliya B seriyasında çıxış edən "Salernitana"nın 23 yaşlı qambiyalı hücumçusu Lamin Yallovla razılığa gəlib. İzmirə dəvət olunan futbolçu ilə iyulun 8-də rəsmi müqavilə bağlanılıb və ictimaiyyətə təqdim edilib.

Lakin sonradan məlum olub ki, "Menemenspor" bəyəndiyi Lamin Yallovla müqavilə imzalamayıb. İzmirə müqavilə imzalamağa gələn futbolçu isə Portuqaliyanın III liqa təmsilçisi "Alkoketense"nin futbolçusu Alfa Yallov olub. Klub yanlışlığı anlayan kimi 21 yaşlı hücumçunu geri göndərib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right