"Yuventus" 30 milyon avroluq təklifi rədd etdi

"Yuventus" hücumçusu Moyze Kinin transferi üçün İngiltərənin "Everton" klubundan 30 milyon avroluq təklif alıb.

Newsport.az-ın məlumatına görə, Turin təmsilçisi təklifi rədd edib.

Xəbərdə "Yuventus"un italiyalı forvardı "Ayaks"dan Matteis de Liqtin transferində istifadə etməyi planlaşdırdığı qeyd edilib.

19 yaşlı hücumçu ötən mövsüm 17 oyuna 7 qol vurub, 1 assist edib. Kinin "qoca sinyora" ilə müqaviləsi gələn mövsümün sonuna qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right