“Qəbələ”dən beşinci gündə bir məşq

“Qəbələ” növbəti mövsümə hazırlığını davam etdirir. Newsport.az xəbər verir ki, “qırmızı-qaralar” Türkiyənin Bolu şəhərində təşkil olunan təlim-məşq toplanışının beşinci gününü arxada qoyub. 
 
Komanda günü bir məşqlə yekunlaşdırıb. Hazırlıq prosesi günün ilk yarısına təsadüf edib. 
 
İyulun 7-də Ukraynanın “Mariupol” klubuna qarşı keçirilən yoxlama oyununa (2:1) start heyətində çıxan futbolçular bərpaedici məşqlə kifayətləniblər. Digər oyunçular isə meydançada toplu və topsuz çalışmaları yerinə yetiriblər.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right