"Səbail"dən ayrılan futbolçu ölkəsinə qayıtdı

Ötən mövsüm "Səbail"dən ayrılan gürcüstanlı futbolçu Tamazi Tsetxaladzenin yeni klubu bəlli olub.

 

Newsport.az xəbər verir ki, 22 yaşlı müdafiəçi karyerasını ölkəsində davam etdirəcək. Tsetxaladze yüksək liqa təmsilçisi "Torpedo"ya transfer olub. Kutaisi təmsilçisi müqavilənin detallarını açıqlamayıb.

 

"Torpedo" Avropa Liqasının I təsnifat mərhələsində Qazaxıstanın "Ordabası" klubuyla qarşılaşacaq.

 

Tsetxaladze 2017-2019-cu illərdə "Səbail"də çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right