"Real" Poqbadan hərəkət gözləyir

"Real" "Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqbadan əl çəkmir. Newsport.az saytının xarici mətbuata istinadən məlumatına görə, baş məşqçi Zinəddin Zidan həmyerlisini ixtiyarında görməkdə israrlıdı.

Zizu bununla bağlı klub prezidenti Florentino Pereslə görüşüb və Poqbanın alınmasını xahiş edib. "Qırmızı şeytanlar" ulduz futbolçuya 170 milyon avro qiymət qoyubsa, "kral klubu" 150 milyondan çox xərc çəkmək istəmir. Madridlilər 26 yaşlı orta sahə oyunçusunun klubunu bu məbləğə razı salmasını istəyir. Çünki ispanlar Poqbanın təzyiqi olmadan bu məsələdə razılığın əldə olunmasına şübhə ilə yanaşır.

Futbolçu özü isə iyulun 1-dən təlim-məşq toplanışına başlayan "Mançester Yunayted"ə hələ qoşulmayıb. Klub onun icazəli olduğunu açıqlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right