Robben karyerasını başa vurdu

Hollandiya milli komandasının sabiq üzvü Aryen Robben futbolçu karyerasını başa vurub.

Newsport.az-ın məlumatına görə, Münhen "Bayern"indən ayrılan 35 yaşlı cinah yarımmüdafiəçisi butsılarını mıxdan asmağa qərar verib.

Robben peşəkar karyerasına 2000-ci ildə Hollandiyanın "Qroningen" klubunda başlayıb. Hollandiyalı oyunçu PSV, "Çelsi" və "Real" klublarında da çıxış edib. O, 2009-2019-cu illərdə "Bayern"də oynayıb.

Aryen Robben 2003-2017-ci illərdə Hollandiya millisində 96 oyun keçirib və 37 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right