Buffonun "Yuventus"a transferi rəsmiləşir

PSJ-dən ayrılan əfsanəvi italiyalı qapıçı Canluici Buffon sabiq klubu "Yuventus"a qayıdır.

Newsport.az-ın məlumatına görə, Turin təmsilçisi 41 yaşlı qolkiperlə bir illik müqavilə imzalayacaq. Buffon sabah tibbi müayinədən keçəcək və rəsmi sözləşməyə qol çəkəcək.

Təcrübəli qapıçı bir il ərzində 1,5 milyon avro maaş və bonuslar alacaq.

Buffon 2002-ci ildə "Parma"dan 52,8 milyon avroya "Yuventus"a keçmişdi. İtaliya millisinin üzvü ötən yay PSJ ilə müqavilə imzalamışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right