"Neftçi"dən ayrılan futbolçu Xorvatiya klubuna keçdi

"Neftçi"dən ayrılan xorvatiyalı yarımmüdafiəçi Qoran Paratskinin yeni klubu bəlli olub.

Newsport.az-ın məlumatına görə, 32 yaşlı futbolçu karyerasını ölkəsində davam etdirəcək. Paratski yüksək liqada çıxış edən sabiq klubu "Slaven Belupo" ilə müqavilə imzalayıb. Klub saytı müqavilənin detallarını açıqlamayıb.

Paratski 2014-2016-cı illərdə "Slaven Belupo"da çıxış edib.

Xorvatiyalı oyunçu "Neftçi"də 26 oyuna 2 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right