"Qəbələ"nin potensial rəqibi "Kəpəz"in sabiq futbolçusunu transfer etdi

Avropa Liqasının II təsnifat mərhələsində "Qəbələ"nin potensial rəqibi olan Gürcüstanın "Dinamo" klubu yeni transferini açıqlayıb.

Newsport.az-ın məlumatına görə, Tiblisi təmsilçisi ukraynalı qapıçı Sergey Litovçenkonu transfer edib. 31 yaşlı ukraynalı qolkiperlə bir illik müqavilə imzalanıb.

Litovçenko 2018-ci ilin ilk 6 ayını Azərbaycanın "Kəpəz" klubunda keçirib. Onun sonun klubu Ukraynanın "Çernomorets" klubu olub. Litovçenko 2017-ci ildə də "Dinamo"da çıxış edib.

"Dinamo" Avropa Liqasının I təsnifat mərhələsində “La Fiorita” (San-Marino) - “Enqordani” (Andorra) cütünün qalibi ilə qarşılaşacaq. I mərhələni keçən tərəf II raundda "Qəbələ" ilə üz-üzə gələcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right