Ramil Şeydayev "Dinamo"dakı hədəflərini açıqladı

Rusiyanın "Krılya Sovetov" klubundan ayrılaraq, Moskva "Dinamo"su ilə müqavilə imzalayan Azərbaycan millisinin üzvü Ramil Şeydayev açıqlama verib.

Newsport.az-ın məlumatına görə, 23 yaşlı forvard klubun saytına açıqlamasında transferi və hədəflərindən danışıb:

"Dinamo"ya gəldiyim üçün çox sevincliyəm. Əfsanəvi klubun Premyer Liqada ən yuxarı yerdə qərarlaşmasına və avrokuboklara yollanması üçün yardımçı olmaq istəyirəm. Müzakirələr qısa sürdü. Düşündüm, ailəmlə danışdım və buradayam (gülür). Baş məşqçi ilə də söhbətim oldu və bu, məndə ən xoş təəssüratlar yaratdı. Mənim hədəfim nədir? Hücumçunun bir hədəfi var - rəqibin qapısı! Qol və assistlə "Dinamo"ya kömək etməyə çalışacam".

Ramil "Dinamo" ilə bir illik müqavilə imzalayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right