"Qarabağ"ın futbolçusu Haitini yarımfinala yüksəltdi

KONKAKAF "Gold cup 2019" turnirində 1/4 final mərhələsinə start verilib.

Newsport.az-ın məlumatına görə, "Qarabağ"ın futbolçusu Donald Geryenin çıxış etdiyi Haiti millisi Kanadayla qarşılaşıb.

İlk hissədə 0:2 hesabı ilə geri düşən haitililər fasilədən sonra üç qol vuraraq fantastik geri dönüşə imza atıblar. Haitinin üçüncü qoluna Donald Gerye imza atıb.

Start heyətdə oyuna başlayan 30 yaşlı yarımüdafiəçi 83-cü dəqiqədə əvəz edilib.

Haiti yarımfinalda Meksikayla qarşılaşacaq. Oyun iyulun 3-ü Bakı vaxtı ilə 06:00-da başlayacaq.

 

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right