Emil Balayevdən daha bir uğurlu oyun 630 dəqiqə oldu!

Qazaxıstan Premyer Liqasında 16-cı turun görüşləri keçirilir.

Newsport.az-ın məlumatına görə, Azərbaycan millisinin üzvü Emil Balayevin çıxış etdiyi "Tobol" səfərdə "Jetısu"nu 1:0 hesabı ilə məğlub edib.

Emil Balayev qarşılaşmaya start heyətdə başlayıb və sonadək meydanda olub.

25 yaşlı əlcək sahibi Premyer Liqada 630 dəqiqədir ki, qapısında qol görmür. Emil bu göstəriciyə görə Qazaxıstan çempionatında liderdir.

"Tobol" 38 xalla Premyer Liqanın lideridir.

 
 




Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah