Türkiyə millisinin üzvü rəsmən Bundesliqa klubunda 15 milyonluq transfer

Almaniyanın "Şalke" klubu yeni transferini açıqlayıb.

Newsport.az-ın məlumatına görə, Bundesliqa təmsilçisi "Ştutqart"ın müdafiəçisi Ozan Kabakı transfer edib. Türkiyə millisinin üzvyülə 5 illik müqavilə imzalanıb. 19 yaşlı futbolçunun keçidi "Şalke"yə 15 milyon avroya başa gəlib. Ozanın illik maaşı 2 milyon avro olacaq.

Qeyd edək ki, "Ştutqart" Ozanı bu ilin əvvəlində 11 milyon avroya "Qalatasaray"dan heyətinə cəlb etmişdi. İstanbul təmsilçisi bu transferdən 750 min avro yetişdirmə haqqı qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right