"Fiorentina" qapıçısını icarəyə verdi

İtaliyanın "Fiorentina" klubu fransalı qapıçısı Alban Lafontu icarəyə verib.

Newsport.az-ın məlumatına görə, 20 yaşlı əlcək sahibi Fransanın "Nant" klubuyla müqavilə bağlayıb. I Liqa təmsilçisi gənc qolkiperi satın alma şərtiylə iki illik icarəyə götürüb. Müqavilənin şərtlərinə görə, "Nant" 7 milyon avro ödəyib, Lafontun transfer hüququna yiyələnə bilər.

"Fiorentina" gələcəyin ulduzu kimi görülən qapıçını ötən yay "Tuluza"dan 7 milyon avroya transfer etmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right