"İnter" hücumçusunu 18 milyona satdı

İtaliyanın "İnter" klubunda ayrılıq reallaşıb.

Newsport.az-ın məlumatına görə, milanlıların hücumçusu Andrea Pinamonti karyerasını A Seriyasının digər təmsilçisi "Cenoa"da davam etdirəcək. Bu keçid üçün Genuya təmsilçisi 18 milyon avrosundan keçib.

20 yaşlı hücumçunun illik məvacibi 1,5 milyon avro olacaq. Bonuslarla birgə illik məvacib 3 milyon avro olacaq.

"Cenoa" rəsmi saytında gənc forvardın tibbi müayinədən keçdiyini açıqlayıb. Transfer  tezliklə rəsmiləşəcək.

Pinamonti ötən mövsümü "Frozinone"də icarə əsasında keçirib. İtaliyalı hücumçu 27 oyuna 5 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right