"Valensiya" rusiyalı futbolçunu transfer etdi

İspaniyanın “Valensiya” ötən yay "Vilyarreal"dan icarəyə götürdüyü Denis Çerışevin transfer hüququna yiyələnib.

Newsport.az-ın məlumatına görə, “yarasalar” rusiyalı yarımmüdafiəçi ilə anlaşma əldə edib. Müqavilənin detalları barədə isə məlumat verilməyib.

28 yaşlı futbolçu ötən mövsüm "Valensiya"da 41 oyuna 4 qol vurub, 5 assist etmişdi. "Vilyarreal" Rusiya millisinin üzvünü 2016-cı ildə Madrid "Real"ından transfer etmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right