Antonio Valensiyanın yeni klubu bəlli oldu

"Mançester Yunayted"dən ayrılan Antonio Valensiyanın yeni klubu bəlli olub.

Newsport.az-ın məlumatına görə, ekvadorlu sağ cinah müdafiəçisi karyerasını ölkəsində davam etdirəcək. 33 yaşlı futbolçu elita təmsilçisi "LDU Kito" ilə müqavilə bağlayıb. Klub saytı təcrübəli oyunçu ilə 2 illik müqavilə imzalandığını açıqlayıb.

Valensiya 2005-ci ildə ölkəsinin "El Nasional" klubundan İspaniya La Liqa təmsilçisi "Vilyarreal"a keçmişdi. O, "Rekreativo" və "Uiqan" klublarında da çıxış edib. Ekvador millisinin üzvü 2009-2019-cu illərdə "Mançester Yunayted"də oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right