Almaniya millisinin üzvü "Fənərbaxça"da

Türkiyənin "Fənərbaxça" klubu yeni transferini açıqlayıb.

Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisi "Verder"dən ayrılan Maks Kruze ilə 3 illik müqavilə imzalayıb. Almaniya millisinin üzvü illik 2,5 milyon avro maaş alacaq. Azad agent statusu ilə "sarı-lacıvərdlilər"ə keçən 31 yaşlı hücumçu 1,5 milyon avro imza pulu alıb.

"Verder"in yetirməsi olan və peşəkar karyerasına bu klubda başlayan Maks Kruze "Sankt-Pauli", "Frayburq", "Borussiya" (Münhenqladbax) və "Volfsbuq" kimi komandalarda çıxış edib. Kruze 2016-cı ildə "Verder"ə dönmüşdü. Hücumçu Almaniya millisində 14 oyun keçirib və 4 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right