"Qalatasaray"dan üç rəsmi transfer FOTOLAR

Türkiyənin "Qalatasaray" klubu yeni transferlərini açıqlayıb.

 

Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisi Rayan Babeli transfer edib. 32 yaşlı vingerlə 2022-ci ilə qədər müqavilə imzalanıb. Babelin illik maaşı 2,5 milyon avro olacaq.

 

Babel ötən mövsümün ikinci yarısını İngiltərənin "Fulhem" klubunda keçirib. Hollandiyalı futbolçu "Ayaks", "Liverpul", "Hoffenhaym", "Kasımpaşa", "Əl-Əin", "Deportivo" və "Beşiktaş" klublarında da çıxış edib.

 

"Sarı-qırmızılar" "Yeni Malatyaspor"dan ayrılan 31 yaşlı hücumçu Adəm Büyüklə iki illik müqavilə imzalayıb. Onun illik maaşı 3,5 milyon TL olacaq. İkinci mövsümdə hücumçu 4 milyon TL məvacib alacaq.

 

Adəm ötən mövsüm Super Liqada 27 oyuna 6 qol vurub, 2 assist edib.

 

Bundan əlavə, son çempion Nigeriyanın "Enyimba" klubundan Valentin Ozornvaforu transfer edib. 20 yaşlı müdafiəçi ilə  4 illik müqavilə imzalanıb. Nigeriyalı futbolçu 4 il ərzində 575 min avro maaş alacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right