"Real" Edeqoru icarəyə verdi

"Real" yarımmüdafiəçisi Martin Edeqoru icarəyəyə göndərib.

Newsport.az-ın məlumatına görə, "kral klubu" Norveç millisinin üzvü ilə müqaviləni 2023-cü ilə qədər uzadıb və La Liqanın digər təmsilçisi "Real Sosyedad"a icarəyə verib. 20 yaşlı yarımmüdafiəçinin müqaviləsi iki illik nəzərdə tutulub.

"Real" Edeqoru 2015-ci ildə transfer edib. Gənc futbolçu daha öncə Hollandiyanın "Herenven" və "Vitess" klublarına icarəyə verilib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right