“Milan” Avroliqadan uzaqlaşdırıldı rəsmi qərar

İdman Arbitraj Məhkəməsi (CAS) “Milan”ı Avropa Liqası yarışından kənarlaşdırıb.

Newsport.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, buna klubun maliyyə “fair-play”ini pozması səbəb olub. Bir müddət idi ki, məsələ ilə əlaqədar “Milan”la UEFA arasında hüququ mübahisə davam edirdi.

CAS-ın qərarına görə, tərəflər arasında razılaşmaya əsasən, İtaliya klubu 2019/20 mövsümündə Avropa Liqasına buraxılmayacaq. Bu müddətdə klub Avropa qitə futbol qurumu ilə mübahisəli məsələləri yoluna qoymalıdır.

Beləliklə, “Milan” Avroliqaya buraxılmadığı üçün yeni mövsümdə turnirin qrup mərhələsində İtaliyanı “Roma” təmsil edəcək, “Torino” isə təsnifat mərhələsində oynayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right