"Sabah"la müqaviləmiz CAR klublarının təklifindən yaxşıdır" Eksteinin agenti

Cənubi Afrika Respublikasının "Kayzer Çifs" klubundan ayrılan Hendrik Ekstein karyerasını Azərbaycanın "Sabah" klubunda davam etdirəcək.

Newsport.az-ın məlumatına görə, 28 yaşlı futbolçu paytaxt təmsilçisi ilə iki illik müqavilə bağlayıb.

Cənubi afrikalı yarımmüdafiəçinin agenti Mxize Palesa sərfəli müqaviləyə qol çəkdiklərini deyib:

"Müqaviləmiz Cənubi Afrika klublarının təklifindən daha sərfəlidir. "Sabah"a keçmək Ekstein üçün yaxşı işlər görmək baxımından irəli addımdır. Daha öncə Dino Ndlovu "Qarabağ"da çıxış edib. İndi isə Çində yaxşı şərtlər altında oynayır. O, ən yüksək ödənişli cənubi afrikalı futbolçulardan biridir".

Ekstein "Sabah"a keçidi ilə bağlı bunları deyib:

"Azərbaycanda "Sabah" adlı kluba keçdim. Klubla müqavilə imzaladım və hər şey yaxşı tamamlandı. Həyəcanlıyam və yeni mübarizəni dörd gözlə gözləyirəm".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right