“Gec, ya tez, “Barselona”ya qayıdacam" Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola "Barselona"nın prezidenti olacağı haqda yayılan xəbərlərə münasibət bildirib.

Newsport.az saytının məlumatına görə, ispaniyalı mütəxəssis bunların yalnız şaiyə olduğunu, belə bir istəyinin olmadığını deyib:

“Gec, ya tez, “Barselona”ya qayıdacam, amma prezident olaraq deyil. Bunu unudun. Prezident olmaq üçün fərqli xüsusiyyətlərə sahib olmalısız. Mən sadəcə yaxşı bir məşqçi olmağa çalışıram".

Qeyd edək ki, həm futbolçu, həm də məşqçi karyerasına "Barselona"da başlayan Qvardiola 2008-2012-ci illərdə Kataloniya klubunu çalışdırıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right