"Neftçi"nin potensial rəqibinə 9,5 milyon dollar maliyyə ayrıldı

Rusiyalı iş adamı Alişer Usmanov yerli "Arsenal" (Tula) klubuna maliyyə dəstəyi ayırıb.

Newsport.az saytının məlumatına görə, avrokuboklara vəsiqə qazanan Rusiya klubu maliyyə dəstəyi axtarıb. Özbək əsilli Usmanov kluba 600 milyon rubl (9,5 milyon dollar) ayırıb.

İş adamı daha öncə də Tula təmsilçisinə maliyyə dəstəyi olub.

65 yaşlı biznesmen ötən ilin avqustunda İngiltərənin "Arsenal" klubunun səhmlərinin 30 faizini 550 milyon funt-sterlinqə almışdı.

"Arsenal" ötən mövsüm Rusiya Premyer Liqasında 6-cı yeri tutub və Avropa Liqasına yüksəlib. Komandanın Avropa Liqasının II təsnifat mərhələsində rəqibi "Neftçi" - "Sperantsa" (Moldova) cütünün qalibi olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right