Əl-Şaaravi Çin klubundan imtina etdi

"Roma"nın vingeri Stefan Əl-Şaaravi Çindən aldığı təklifdən imtina edib.

Newsport.az-ın məlumatına görə, 26 yaşlı futbolçu "Şanxay Şenhua"nın illik 13 milyon avroluq maaş təklif təklifini qəbul etməyib. İtaiya millisinin üzvü "Roma"yla yeni müqavilə imzalamağa qərar verib.

"Avropadan ayrılmağı düşünmürəm. Hələ 26 yaşım var. Çinə getmək erkəndir", - deyə futbolçu açıqlamasında bildirib.

Əl-Şaaravi 2016-cı ildə "Milan"dan "Roma"ya 13 milyon avroya keçmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right