"Sevilya"dan 15 milyon avroluq transfer

İspaniyanın "Sevilya" klubu yeni transferini açıqlayıb.

Newsport.az-ın məlumatına görə, La Liqa təmsilçisi "Eybar"ın yarımmüdafiəçisi Joan Jordanı transfer edib. 24 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Əndəlüsiyalılar ispaniyalı oyunçunun keçidi üçün 15 milyon avro təzminat ödəyib.

Peşəkar karyerasına "Espanyol"da başlayan Joan Jordan 2017-ci ildə "Eybar"a keçmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right