"Çelsi" "Real"ın futbolçusunu transfer etdi

"Çelsi" ötən il "Real"dan icarəyə götürdüyü xorvatiyalı futbolçu Mateo Kovaçiçin transfer hüququna yiyələnməyə qərar verib.

Newsport.az saytının məlumatına görə, London təmsilçisi bu keçid üçün 50 milyon avrosundan keçib.

Xəbərdə "Çelsi"nin baş məşqçi postuna keçməyə yaxın olan Frenk Lempardın bu transferə razılıq verdiyi qeyd edilib.

Kovaçiç ötən mövsüm "Çelsi"də 51 oyuna 2 assist edib.

"Real" 25 yaşlı yarımmüdafiəçini 2015-ci ildə 29 milyon avroya transfer etmişdi





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right