"Napoli" və "Roma"dan transfer anlaşması

"Roma" və "Napoli" transfer anlaşması əldə edib.

Newsport.az saytının məlumatına görə, "Napoli" "Roma"nın 28 yaşlı yunanıstanlı müdafiəçisi Kostas Manolası 34 milyon avroya transfer edib.

Neapollular 21 yaşlı futbolçusu Amadu Diavaranı qarşı tərəfə verib. "Roma" qvineyalı dayaq yarımmüdafiəçisi üçün 20 milyon avro təzminat ödəyib.

Manolas 2014-cü ildən "Roma"da çıxış edirdi. Diavara 2016-cı ildən "Napoli"nin uğurları üçün çalışırdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right