"Belə yerdə futbol oynamazlar" Lionel Messi

Argentina millisinin kapitanı Lionel Messi komandasının Amerika Kuboku-2019-un qrup mərhələsindəki çıxışını dəyərləndirib. Newsport.az xəbər verir ki, Qətər üzərində 2:0 hesablı qələbə ilə 1/4 finala adlayan "tanqoçular"ın lideri bunun onlar üçün vacib olduğunu vurğulayıb.

32 yaşlı superulduz eyni zamanda baş məşqçi Lionel Skaloni kimi, stadionlardan narazılıq bildirib: "Bu qalibiyyət özünəinam baxımından önəmli idi. Məni narahat edən məqam qrupda oynadığımız hər üç stadionun ot örtüyünün pis olmasıdı. Topla oyanamağı xoşlayan komandayıq. Ancaq belə meydançalarda topa nəzarət etmək çətindi. Bir sözlə, bu cür meydandaça futbol oynamazlar".

Qeyd edək ki, Argentina yığması 1/4 finalda Venesuela ilə qarşılaşacaq.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah