Emil Balayevli "Tobol" "Astana"ya çatdı

Qazaxıstan Premyer Liqasında 15-ci turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, Azərbaycan millisinin qapıçısı Emil Balayevin çıxış etdiyi "Tobol" evdə "Okjetpes"ə 2:0 hesabı ilə qalib gəlib.

Start heyətdə meydana çıxan Emil qapısını toxunulmaz saxlaya bilib.

Qeyd edək ki, "Astana"nın uduzmasından sonra "Tobol" bu qələbə sayəsində liderlə xallarının sayını bərabərləşdirib. Hər iki komandanın 35 xalı var.

 

 
 




Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah