İbrahim Afellay Hollandiyaya qayıtdı

İngiltərənin "Stok Siti" klubundan ayrılan İbrahim Afellayın yeni klubu bəlli olub.

Newsport.az-ın məlumatına görə, 33 yaşlı vinger sabiq klubu PSV-yə qayıdıb. Afellay Hollandiya klubu ilə 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, 1996-cı ildə PSV-nin akademiyasına gəlib və 2010-cu ilə kimi bu komandada çıxış edib. Hollandiya millisinin sabiq üzvü "Barselona", "Şalke", "Olimpiakos" və "Stok Siti" klublarında da oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right